Jirinovskinin son vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, fevralın 9-u Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovskinin xəstəxanaya yerləşdirilməsi barədə informasiya yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, fraksiyanın Mətbuat xidməti Jirinovskinin səhhəti ilə bağlı açıqlama yayıb.
Bildirilir ki, Jirinovski hazırda özünü normal hiss edir, sənədlərlə işləyir və göstərişlər verir.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, siyasətçi fevralın 2-si Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 75 yaşlı siyasətçidə koronavirusun “Omicron” ştamı aşkar olunub.