Jirinovskinin qeyri-qanuni oğlu varislik iddiası qaldırıb


2022-ci ilin aprelində vəfat edən siyasətçi Vladimir Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteyn məhkəməyə müraciət edərək atalığın tanınması faktının müəyyən edilməsini xahiş edib.


AFN.az xəbər verir ki, bu barədə "Baza" Telegram kanalı məlumat yayıb.

“Baza”nın məlumatına görə, 36 yaşlı kişi avqustun 2-də Moskvanın Nikulinski Məhkəməsinə müraciət edib.

Telekanal xəbər verir ki, Eydelşteyn Jirinovskinin irsinə sahib çıxmaq istəyir.

Fevral ayında Moskvanın Tverskoy Məhkəməsi Oleq Eydelşteyni "hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaqla birlikdə xırda xuliqanlığa görə" 15 sutkalıq inzibati həbsə göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu