Vladimir Jirinovskinin oğlu həbs edildi -Polisi döyüb


Moskvanın Tverskoy Rayon məhkəməsi keçmiş LDPR lideri Vladimir Jirinovskinin oğlu (nikahdankənar) Oleq Edelşteyni həbs edib.


AFN.az xarici agentliklərə istinadən xəbər verir ki, O.Edelşteyn dövlət məmurunun qanuni tələbinə tabe olmamaqda suçlanır. Jirinovskinin oğlu buna görə 15 gün dəmir barmaqlıqlar arxasında qalacaq.

Eydelşteynlə bağlı İnzibati Xətalar məcəlləsinin 20.1.2-ci hissəsi ilə (xırda xuliqanlıq) haqqında protokol tərtib edilib.

Xatırladaq ki, Jirinovskinin nikahdankənar oğlu ilə bağlı münaqişə çərşənbə axşamı, fevralın 14-də Moskva restoranlarından birində baş verib. Oleq Edelşteyn restoranda qalmaqal yaradıb və buna görə restoranın əməkdaşları polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları Edelşteyni zorla polis bölməsinə aparıblar. Jirinovskinin oğlu orda aqressiv hərəkətlərindən çəkinməyib –polisləri təhqir edib, hətta onlardan birinə yumruq ilişdirməyə macal tapıb.

Davada xəsarət alan leytenanta “körpücük sümüyünün əzilməsi” diaqnozu qoyulub. Rusiya Federasiyasının İstintaq Komitəsi bu işlə bağlı araşdırmalara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu