Koronavirusdan sağalan Hulusi Akar işinə qayıdır

Yeni növ koronavvirusa yoluxan Türkiyə milli müdafiə naziri Hulusi Akarın vəziyyəti stabildir.
Bu barədə məlumatı NTV kanalı hərbi qaynaqlara istinadən yayıb.
Qeyd olunub ki, xəstəliyi yüngül simptomlarla keçirən nazir yaxın günlərdə, izolasiya dövrü bitəndən sonra, yenidən işinə qayıdacaq.