Böyük Britaniya Ukraynadan səfirlik işçilərini çıxarmağa başlayıb


Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görüb.


Böyük Britaniya XİN səfirliyin konsulluq yardımı göstərə bilməyəcəyini bildirib.

“Səfirlik açıq qalır, lakin konsulluq yardımı göstərə bilməyəcəyik. Britaniya vətəndaşları kommersiya imkanları qaldığı müddətdə ölkəni tərk etməlidirlər”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, fevralın 11-də ABŞ Prezidenti Co Bayden Ukraynadakı amerikalılara təhlükə barədə xəbərdarlıq edib və onları ölkəni tərk etməyə çağırıb. Bunun ardından bir sıra ölkələrin rəsmiləri oxşar xəbərdarlıqlarla çıxış ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu