Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq


Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.


Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu