ATƏT sabah Rusiya-Ukrayna məsələsinə görə təcili toplanır


Sabah-fevralın 18-də Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək.


AFN.az "Report"a istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.

İclas Ukrayna Xarici İşlər Nazirliyinin müraciəti əsasında baş tutacaq.

Toplantıda Rusiya ilə Ukrayna sərhədindəki durum müzakirə olunacaq.

Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu