Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.


Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzlanması iki ölkənin elmi, ali və peşə-texniki təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, gürcü və Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinin keyfiyyətinin artırılmasına töhfə verəcək.

Vurğulanıb ki, Gürcüstan tərəfi Azəbaycandakı gürcüdilli, Gürcütandakı azərbaycandilli ümumtəhsil məktəblərinin müəllimlərinin ixtisas artımı itiqamətində işlərini davam etdirəcək.

Bildirilib ki, Gürcüstan hökuməti keyfiyyətli təhsilin əlçatanlığının genişləndirilməsi, Azərbaycan dilində təhsil alanların dövlət dilinə yiyələnməsi istiqamətində səylərinin artırılmasına sadiqdir.

Görüşdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycan səfiri Faiq Quliyev də iştirak edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu