"Rusiya qoşunları Çernobıl AES-i ələ keçirməyə çalışır" Ukrayna prezidenti
![](/uploads/posts/2022-02/1645716479_290674ee-eb2b-3729-8b29-7162d90593c3_850.jpg)
"Rusiya hərbi qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb.
"Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün əlindən gələni edir. Bu, bütün Avropaya müharibə elanıdır", - Zelenski qeyd edib.