Prezident Ofisi: “Çernobıl AES-də vəziyyət təhlükəlidir"


“Çernobıl AES-də vəziyyət təhlükəlidir. Stansiya enerjisiz qalıb. İndi orada nə baş verdiyini kimsə bilmir”.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Bu, bütün Avropa üçün təhlükədir. Həmçinin Rusiyanın özünə də təhdid yaradır. Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır”, - deyə o bildirib.

M.Podolyak vurğulayıb ki, rusların enerji bloklarını hədəf almaları təsadüfi deyil: “Çünki onlar orta əsrlərin döyüşlərini aparırlar”.

Xatırladaq ki, fevralın 24-də rus qoşunları Çernobıl Atom Elektrik Stansiyasının bütün obyektlərinə nəzarəti ələ keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu