Çernobıl AES işğal altında: stansiya işləyir, işçiləri isə girovdur


Bir gün əvvəl rus diversantları tərəfindən ələ keçirilən Çernobıl Atom Elektrik Stansiyası işləyir, işçiləri isə girov saxlanılır.


Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin İstisna zonası üzrə nazirinin müşaviri Lalə Tarapakina məlumat verib.

"Əslində, stansiya işçiləri hazırda girovdurlar. Amma ilk növbədə, onlar öz peşəkarlıqlarının, vicdanlarının girovudurlar. Bu, nə baş verir versin, tərk edilməsi mümkün olmayan obyektdir", - o yazıb.

"Stansiya işləyir. Hər şey qaydasındadır. Fəhlələr səhər yeməyi yeyib öz işlərinə gediblər. Stansiyadakı həmkarlarımız və dostlarımız sizdən xahiş edirlər ki, panikaya düşməyin və hər dəqiqə onlara zəng etməyin", - Tarapakina əlavə edib.

UNİAN-ın daha əvvəl bildirdiyi kimi, fevralın 24-də Belarus ərazisindən işğalçı qoşunlar Çernobıl Atom Elektrik Stansiyasının zonasına daxil olub. Təhlükəli radioaktiv tullantıların anbarını qoruyan Milli Qvardiyaçılar mətanətlə müqavimət göstəriblər. Nüvə tullantılarının anbarının məhv edilməsi təhlükəsi olub. Bu halda radioaktiv toz Ukrayna, Belarus və Aİ ölkələrinin ərazilərini əhatə edə bilər.

Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç rusların ələ keçirdikləri Çernobılla Qərbi və dünyanı şantaj etməyə çalışacaqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu