İsmayıllıda qəza olub, ölən və yaralılar var - VİDEO


İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


AFN.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı-Qaraməryəm yolda hərəkət edən "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq səkiyə çırpılıb.

Hadisə zamanı İsmayıllı rayon sakinləri - 1999-cu il təvəllüdlü Məmmədov Yunis Mirzağa oğlu, 1999-cu il təvəllüdlü Hacıyev Toğrul Elşən oğlu, 1996-cı il təvəllüdlü Məsimli Taleh Qənimət oğlu, 1999- cu il təvəllüdlü Zeynalov Mətin Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, Yunis Məmmədov dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu