Paşinyanın arvadının hərəkəti ölkə gündəmini zəbt edib - VİDEO


Ermənistan baş nazirinin arvadı Anna Akopyanın 44 günlük mübaribədə ölmüş erməni əsgərlərin anaları üçün təşkil etdiyi məclis bu ölkədə gündəmə çevrilib.


Məclisin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Erməni ictimaiyyəti tərəfindən müharibədə rüsvayçı məğlubiyyətin günahkarlarından biri olaraq görülən Nikol Paşinyanın arvadının təşkil etdiyi mərasimdə övladını itirmiş analar, ehtimal olunduğu kimi, sükut və təmkinlə iştirak etməyiblər. Əksinə, onlar məclisdə qol qaldırıb oynamağı üstün tutublar. Ölən erməni hərbçilərin valideynlərinin rəqsi sosial şəbəkənin erməni seqmentində də birmənalı qarşılanmayıb. (oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu