Biri digərini öldürən qardaşların atası vəzifəli şəxs olub


Oğuz rayonunda bir qardaşın digərini bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinov tərəfindən bıçaqlanaraq öldürülən 1976-cı il təvəllüdlü Aqil Şirinov “Azərişığ”ın rayon şöbəsinin əməkdaşı olub. Onların atası Qurban Şirinov da uzun müddət rayonda işıq idarəsinə rəhbərlik edib və Oğuzda tanınmış şəxslərdən olub.

Bildirilib ki, hadisəni törədən Namiq Şirinovun psixoloji problemləri olub və aprelin 2-də axşam saatlarında keçirilən ad günü məclisində onların arasında baş vermiş mübahisə qətllə nəticələnib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayət işi üzrə istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu