Avropa Komissiyası Ukraynaya istintaq qrupu göndərə bilər


Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen arasında telefon danışığı olub.


“Report” xəbər verir ki, bu barədə Ursula fon der Leyen tviter səhifəsində yazıb.

“Buçada və Ukraynanın başqa yerlərində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi barədə danışdıq. Aİ Ukrayna Baş Prokurorluğu ilə birlikdə hərbi cinayətləri sənədləşdirmək üçün ölkəyə istintaq qrupları göndərməyə hazırdır” , - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu