"Gələcəkcə Dilboz atları da satışa çıxarılacaq" - RƏSMİ


Azərbaycanda Qarabağ atlarının satışı ilə bağlı hərraclar mütəmadi keçiriləcək və gələcəkdə Dilboz atları da satışa çıxarılacaq.


Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

Bundan başqa, onun sözlərinə görə, gələcəkdə xaricdən gətirilmiş digər damazlıq heyvanların - inək, qoyun və keçilərin hərrac vasitəsilə satışı planlaşdırılır: "Bu baxımdam Qobustan Heyvandarlıq Mərkəzi əlverişli məkandır. İstənilən təsərrüfatı olan şəxs damazlıq heyvan almağı istəyirsə, bura gələ bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu