ABŞ kəşfiyyatından xəbərdarlıq: "Putin nüvə silahından istifadə edə bilər"


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Vladimir Putinin nüvə silahı istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.


Qaynarinfo "The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu barədə MKİ rəhbəri Vilyams Burns açıqlama verib.

"Prezident Putin və Rusiya rəhbərliyinin ehtimal edilən çarəsizliyini və bu günə qədər olan hərbi uğursuzluqlarını nəzərə alaraq, heç kim mümkün taktiki nüvə və ya az güclü nüvə silahına əl atılması təhlükəsini qeyri-ciddiyə ala bilməz”, deyə idarə rəhbəri bildirib.

Kreml Ukraynaya qarşı müharibədən qısa müddət sonra nüvə silahlarının döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş vermişdi. Ancaq Burns Amerikanın hələ ki, silahların faktiki yerdəyişməsi ilə bağlı daha böyük narahatçılıq yaradacaq praktiki sübutlar görmədiyini deyib.

"Açığı biz çox narahatıq. Bilirəm ki, prezident Bayden üçüncü dünya müharibəsindən, nüvə konfliktinin mümkün olacağı həddə gəlib çıxmaqdan çox narahatdır” deyə Vilyams Burns Georgia Texnologiya Universitetindəki çıxışında bildirib.

Burns həmçinin bildirib ki, əgər Rusiya nüvə silahından istifadə etsə, bu NATO-nun Ukraynada hərbi müdaxiləsinə gətirib çıxacaq:

"Putin hər gün göstərir ki, çökməkdə olan güclər ən azı qalxmaqda olan güclər qədər dağıdıcı ol bilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu