Əməliyyat zamanı kiçik yara xəstənin sağalma müddətini azaldır - Özgür Kocamaz + VİDEO


Hippokratın dediyi və bu gün həkimlərin xəstələrini müalicə edərkən həmişə nəzərə aldıqları ilk növbədə zərər vermə prinsipidir. Biz bu gün də bu düşüncə ilə hərəkət edirik.


Bilirik ki, cərrahiyyə əməliyyatı keçirmiş xəstələrimizdə nə qədər az yara açsaq, xəstələrimizin sağalma müddəti bir o qədər tez və problemsiz olacaq.
Ürək əməliyyatlarının ən çox icra olunan növü olan aorta koronar şuntlama əməliyyatlarını da artık sinə sümüyünü kəsmədən, kiçik kəsiklər ilə icra edirik. Lakin xəstələrimizin həm sağalması, həm də reabilitasiyası zamanlarında gördüyümüz ən böyük sıxıntı aortokoronar şuntlama əməliyyatlarında istifadə etdiyimiz ayaq damarlarının hazırlanması üçün açılan yaralardır. Bu, ayaqda 60-70 sm uzunluğunda kəsik yaranmasına səbəb olur. Xəstələrimizin ürəyində əməliyyat nə qədər uğurlu olsa da ayağındakı yaralar xəstələrimizi uzun müddət narahat edə bilər.

Koronar şuntlama əməliyyatlarında aşağı ətraflardakı böyük dərialtı venalardan geniş istifadə edilir. Venanı açıq üsulla çıxardıqda ayağda 60-70 sm-ə qədər uzanan kəsiklər edilir. Əksər xəstələr ayağdakı yaranın uzun müddət ərzində sağalmasından (1,5 – 2 ay), damar götürülən ətrafda ağrıdan, yara sağaldıqdan sonra ayaqda böyük kosmetik (xüsusilə qadın xəstələr) defektin qalmasından şikayətkənirlər. Bundan başqa açıq üsulla vena çıxarıldıqda əməliyyatdan sonra bir çox ağırlaşmalar müşahidə edilir. Yara infeksiyası, aşağı ətrafın limfa ödemi, ayağda böyük ölçülü göyərmələrin olması (hematoma), yaradan axıntı (liforeya) kimi ağırlaşmalar xəstələrin stasionarda qalmasını uzadır, sağalma prosesi böyük zəhmət və vaxt tələb edir.
Artıq ayaqdakı damarı qapaqlı üsulla (endoskopik) 2 sm ölçüdə kiçik kəsikdən çıxarırıq. Endoskopik metodla damar çıxarıldıqda xəstələrdə (xüsusilə şəkərli diabetli və artıq çəkili) yuxarıda qeyd edilən çatışmazlıq və ağırlaşmalar müşahidə edilmir, xəstlər daha az qan itirir və daha tez komfortlu şəkildə sağalaraq əvvəlki həyatlarına dönürlər.

Bu üsul xəstələrdə həm sağalma, həm də estetik baxımdan daha yaxşı nəticələr verir.

Artıq xəstələrimizin açıq və ya qapalı əməliyyat olmasından asılı olmayaraq, endoskopik olaraq hazırlanan damarlarla xəstələrimizi çox böyük yaralardan xilas edə bilirik.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu