Şeyxin qudası partiya sədrini məhkəməyə verdi - “Torpağımı zəbt edib”


Ötən gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı məhkəmə iddiasına baxılıb.


Q.Salahzadə Sabunçu rayonu, Zaqulba şossesi 1, 2, 3, 9 nömrəli ünvanda olan evlərinin Ağasif Şakiroğlu tərəfindən zəbt edildiyini bildirib. O, Məhkəmədən həmin evlərdə yaşamaq hüququnun təmin edilməsini tələb edib. Bildirilib ki, 1 hektardan çox ərazisi olan həmin ünvanda ümumilikdə 8 ev var. Q.Salahzadə ilə yanaşı Həmidağa Camalov, Əminağa Camalov və Lətifə Əliyeva da həmin evlərdə qeydiyyatdadırlar və onlar da məhkəmə qarşısında iddia qaldırıblar.

Məhkəmədə hakim Tahirə Əsədova həmin əraziyə baxış keçirildiyini və orada 2 evin olduğunu deyib. Növbəti məhkəmə iclası mayın 17-nə təyin edilib.

Q.Salahzadə qeyd edib ki, ünvanda qeydiyyatdan keçmiş torpaq sahəsi və fərdi yaşayış evlərinin olmasını Əmlak Məsələləsi üzrə Dövlət Xidməti də təsdiqləyib.

Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülsilam Hacı Allahşükür Paşazadənin qudasıdır. O, 2 dönəm Milli Məclisin üzvü, deputat seçilib. Həmçinin uzun müddət Sabunçu rayonu Bilgəh qəsəbəsinin bələdiyyə sədri olub. Hazırda Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Milli Məclisin deputatıdır.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu