Gənc qadın bəstəkar qəfil vəfat etdi
![](/uploads/posts/2022-05/1651831387_olen.jpg)
Gənc şairə və bəstəkar Sahilə Qurbanova dünyasını dəyişib.
Bu barədə müğənni Nərmin Kərimbəyova məlumat verib. O qeyd edib ki, sənətçi ötən gecə qəflətən vəfat edib: “Vallah, bilmirəm nə deyim. Gənc istedada “Allah rəhmət etsin” kəlməsi heç yaraşmır. Balaların yetim qaldı, çox heyif səndən”.
Bildirilir ki, S.Qurbanova xəstəlikdən əziyyət çəkirmiş.