Azərbaycanın daha bir cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb


Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.


70 kq çəki dərəcəsində ardıcıl olaraq Keti-Cemayma Yeyts-Braun (Böyük Britaniya) və Femke De Brüynə (Belçika) qalib gələn idmançı yarımfinalda Amihay Şeykdə (İsrail) uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Günel Həsənli təsəlliverici görüşdə məhz Korenə uduzaraq, medalsız qalıb.

78 kq-da yer alan Aytəkin Paşazadə isə startdaca Amber Velandla (Niderland) bacarmayıb.

Qeyd edək ki, yarışın ilk günündə Aytac Qardaşxanlı (63 kq) üçüncü yeri tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu