Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlandı


Ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir.


AFN.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, respublikanın rayonlarında mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir.

"Yağıntıların intensivliyi azalıb. Bu gün günün ikinci yarısı və axşama doğru küləyin sürətinin zəifləməsi proqnozlaşdırılır", - Xidmət rəisi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu