100-ə yaxın obyektdə qaz balonuna dair pozuntu aşkarlanıb - RƏSMİ

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə apardığı yoxlamalar nəticəsində bu günə qədər 100-ə yaxın ictimai iaşə obyektində qaz balonlarından istifadə ilə bağlı pozuntu aşkarlayıb.
Bunu "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib.
"İctimai iaşə obyektlərində yoxlamalar davam etdiriləcək", - deyə o, qeyd edib.