Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib


Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib.


“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı NATO-nun Baş katibi Yens Stoltenberqə ərizələr təqdim olunub.

"NATO İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün ərizələri təqdim etməsini alqışlayır və bunun üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir" - Baş katib bildirib.

O əlavə edib ki, İsveç və Finlandiyanın Alyansa daxil olması ilə Baltikyanı ölkələrin təhlükəsizliyi daha da güclənəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu