Tanınmış jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
Azərbaycanın tanınmış jurnalisti Qadir İbrahimlinin səhhətində problem yaranıb.
Bu barədə sosial mediada məlumat yayılıb.
Bildirilib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda o, xəstəxanada müalicəsini davam etdirir.