"Azərsu" ASC quyu qazılanda ərazidə kəşfiyyat apararaq suyun yararlılığını təyin etmirmi?


İqtisadçı ekspert Rövşən Ağayevin bir neçə gün əvvəl Beyləqan rayonunda biri təxminən 70 min manata başa gələn artezian quyularının işləməməsi haqda yazısını vermişdik. AFN.az xəbər verir ki, ekspert yenidən məsələ ilə balı məlumat paylaşıb. Bildirib ki, onun yazdıqlarından sonra TV-lər problemi araşdırıb.


Aidiyyatı qurumların cavabı isə maraqlı olub: "Su təsərrüfatına məsul qurumlar nə desə yaxşıdır? Su içməyə yararsızdır, indi təsərrüfat suyu kimi istifadə etmək olar. Halbuki Araz çayının qulağının dibində yerləşən kəndin suvarma suyuna ehtiyacı yoxdur. Əksinə, məişətdə istifadə üçün suyu maşınlardan pulla alan sakinlərə məhz içməli su lazım idi. Bu işə məsul olan məsuliyyətsiz "Azərsu" ASC quyu qazılanda ərazidə kəşfiyyat apararaq suyun yararlılığını təyin etmirmi?"
R.Ağayevin sözlərinə görə, ölkədə neft hesabına çox böyük pullar var və milyonlarla manatlıq layihələr göyə sovrulur: "Necə ki, milyonlarla manat sərmayə yatırılan qırmızı lentli günəş panelləri zavodu artıq yoxa çıxıb. Hələ mənim bildiyim 3 artezian quyusunun taleyi belə qara gəlib. Ən pisi odur ki, belə yarıtmaz və qeyri-peşəkar idarəçiliyə görə nəinki məsuliyyət daşıyan, hətta quruca xəcalət hissi keçirən də kimsə yoxdur. Uzağı məmur baxıb təskinlik tapır ki, əşşi nə puldur e 200 min, mənim bir maşınım dəyərindən çox deyil ki..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu