10 ay komada qalan Vətən Müharəsi qazisi vəfat etdi - FOTOLAR


Vətən Müharəsi qazisi, “Yaşat” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra dünən vəfat edib.


Y.Qəhrəmanlı Tərtərin Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb. Qazinin dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ailə üzvləri, qazilər, veteranlar, rayon sakinləri iştirak edib.

Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu