Bu il üçün ali məktəblərə qəbul proqnozu açıqlanıb


"Bu gün ölkədə yaşayan 16-17 yaşına çatanların 50 faizi heç bir peşə əldə etmir. Nəzərə alsaq ki, hər il ölkədə 150 minə yaxın körpə dünyaya gəlir. Demək ki, 75 minə yaxın şəxsin peşəsi yoxdur".


"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent 12" jurnalının təqdimatı zamanı çıxışında deyib.

Nazir bildirib ki, bu il ali məktəblərə qəbul proqnozu 50 mindən artıq olacaq (keçən il bu rəqəm 49 minə yaxın olub - "Report").

"Hazırda 60 faizdən çox insan dövlət hesabına təhsil alır. 17 minə yaxın şəhid ailələrinin övladı, köçkün tələbənin təhsil haqqını dövlət ödəyir. Bəzi universitetlərdə 70-75 faiz tələbə məhz subbakalavrdır. Bu da ürəkaçan deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu