FHN: Məktəbdə yanğının söndürülməsinə güclü külək mane olur
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Bu barədə FHN məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.
Əlavə məlumat veriləcək.
***
İyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda yanğının məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir.
Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur.