Putin və Ərdoğan arasında ikitərəfli görüş başa çatıb


İranda keçiriləcək üçtərəfli sammit öncəsi Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü başa çatıb.


AFN.az bu barədə "Habertürk"ə istinadən xəbər verir.

Astana formatında bir araya gəlməyin böyük üstünlük olduğunu vurğulayan Ərdoğan deyib:

"Burada əldə edəcəyimiz nəticə bütün dünya üçün müsbətdir. Ümid edirəm ki, Rusiyanın vasitəçilik formatında rolu müsbət olacaq. Danışıqların məhsuldar olacağına inanıram”.

Vladimir Putin öz növbəsində qeyd edib: "Qara dənizdəki limanlardan taxıl ixracı ilə bağlı bütün problemlər hələ həll olunmayıb, lakin bununla bağlı müəyyən aktivlik var. Türkiyənin vasitəçiliyi sayəsində biz taxıl ixracında irəliləyiş əldə etdik".

***

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş başlayıb.


AFN.az bu barədə "Habertürk"ə istinadən xəbər verir.

Liderlər İranda keçiriləcək üçtərəfli sammitdən əvvəl bir araya gəliblər.

Rusiya prezidenti görüşdə deyib ki, Moskva ilə Ankara arasında münasibətlər hər şeyə rəğmən inkişaf edir, ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli sürətlə artmaqdadır.

Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Taxıl ixracı ilə bağlı vəziyyətdən danışan Ərdoğan Rusiyanın bu məsələdə konstruktiv vasitəçilik rolunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu