Nazirlik: "Kəlbəcərin Alagöllər hövzəsində burulğan-tornado baş verib"


İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib.


Bunu AFN.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.

"Son günlər temperaturun yüksəlməsi və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub.

Topa yağış buludlarının şaquli ölçülərinin böyük , təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində yaranan hava axınlarının sürətlə buluda doğru hərəkət etməsinə şərait yaradıb".

G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli üçün xarakterik təbiət hadisəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu