Azyaşlıları ziyarətgahlara aparan qadın cəzalandırıldı


Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb.


Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı bəzi xəbər saytlarında məlumatlar yayılıb:

“Valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən, 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu