Türkiyədə ağır yol qəzası: 15 nəfər ölüb


Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


AFN.az-ın “Anadolu” Agentliyinə istinadən xəbərinə görə, hadisə Qaziantep-Nizip yolunda qeydə alınıb. Bildirilir ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb. Hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın isə ərazidə hərəkət edən avtobusla toqquşub.

Qəza nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib. Ölənlərdən ikisi jurnalistdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu