Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb


Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.



Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi ərazisində iki evdən 1905 manat dəyərində sərinkeş, qaynaq aparatı, 3000 manat dəyərində təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Ç.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu