“Xocəsən” metrostansiyasına rəis təyin edilib


“Bakı Metropoliteni” QSC-nin tikintisi yekunlaşan, şərti adı “Xocəsən” olan stansiyasına rəis təyin edilib.


Bununla bağlı səhmdar cəmiyyətinin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.

O, bundan əvvəl “Nəriman Nərimanov” metrostansiyasının rəisi olub. S.Vəliyevin yerinə isə təyinat olmayıb və burada rəis vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavininə tapşırılıb.

Bakı metrosundan “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

“Xocəsən” stansiyası metronun 3 xəttindən biri olan “Bənövşəyi” xəttə aiddir və bu xətdə olan sayca 4-cü stansiyadır. Bununla da metro stansiyalarının sayı 27-yə çatdırılır ki, hazırda onların 26-da sərnişin qəbulu həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu