Avropada qazın qiyməti niyə enir?


Bakı vaxtı ilə 13:15-ə olan məlumata görə, Avropada 1000 kubmetr qazın qiyməti təqribən 3050 dollar təşkil edir.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Londonun “ICE” birjasında yer alıb.

“Bloomberg” agentliyi qazın qiymətinin enməsini Avropada qaz anbarlarının sürətlə dolması barədə yayılan məlumatlarla izah edir.

Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti 1000 kubmetrə görə 3500 dollar həddini ötüb. Bununla belə, avqustun 26-sı qaz qiymətləri nisbətən enməyə başlayıb. Avropada qaz qiymətlərinin rekord həcmdə artması texniki işlərlə bağlı “Şimal axını” kəməri ilə qaz nəqlinin müvəqqəti olaraq (avqustun 31-dən sentyabrın 2-nə qədər) dayandırılması ilə əlaqələndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu