Avropada qazın qiyməti bu tarixdən bəri ilk dəfə 3 min dollar həddini keçdi


Avropada təbii qazın qiyməti martın 8-dən bəri ilk dəfə min kubmetr üçün 3 min dollar həddini keçib.



AFN Trend-ə istinadən xəbər verir ki, Niderlandın TTF habında təbii qazın sentyabr fyuçersləri 3 024 dollar ətrafında alınıb-satılır.

Qiymətlər son sutka ərzində təxminən 20 faiz artıb.

Avropada təbii qazın qiyməti martın əvvəlindən bəri ilk dəfə min kubmetr üçün 2 800 dolları keçib.

Qeyd olunur ki, bahalaşmaya səbəb "Şimal axını" kəmərində aqreqatın təmiri ilə əlaqədar avqustun 31-dən etibarən qaz nəqlinin üç gün müddətinə dayandırılacağıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu