Avropada qazın qiyməti təxminən bir il ərzində minimum səviyyəyə düşüb


Avropada qazın qiyməti təxminən son bir ildə ilk dəfə olaraq min kubmetr üçün 750 dollardan aşağı düşüb.


London ICE birjasının məlumatına görə, yanvarın 4-də TTF indeksi üzrə qazın fevral fyuçerslərinin qiyməti təxminən bir illik minimuma enərək, ötən il fevralın 18-dən bəri ilk dəfə min kubmetr üçün 750 dollardan aşağı düşüb.

Ən aşağı qiymət min kubmetr üçün 741,4 dollar qeydə alınıb. Son saatlara olan məlumata görə, azalma min kubmetr üçün 760,3 dollara (mənfi altı faiz) qədər səngiyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu