Avropada qazın qiyməti 415 dollardan aşağı enib


Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 415 ABŞ dollarından aşağı enib.



AFN.az "APA-Economics"ə istinadən xəbər verir ki, 17 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 412 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (425,8 dollar) ilə müqayisədə 3,2% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu