İyulda ölkəyə nə qədər avtomobil gətirilib?


Cari ilin iyulunda Azərbaycana idxal olunan avtomobillərin sayı 6189 ədəd, dəyəri isə 80 milyon 761 min ABŞ dolları olub.


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 6-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5758-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 411-i yük daşımaq üçün, 14-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu