Azərbaycan avtomobil idxalını 94% artırıb




Bu ilin yanvar-mart aylarında Azərbaycana 169,634 milyon ABŞ dolları dəyərində 15 492 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 514 ədəd və yaxud 94,2% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 22 ədəd və yaxud 50% artaraq 66 ədəd (7,4 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 7 203 ədəd və yaxud 99,35% artaraq 14 417 ədəd (140,385 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 566-sı (6,681 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 14-ü (90 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 329 ədəd və yaxud 51,2% artaraq 972 ədəd (10,547 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 4 ədəd və yaxud 9,8% azalaraq 37 ədəd (5,564 milyon ABŞ dolları) olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu