Rusiya Ukrayna-Belarus sərhədində birgə təlim keçirməyi planlaşdırır


Sentyabrın 8-14-də Ukraynanın şimal vilayətləri ilə sərhəddə Rusiya, Belarus və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) başqa üzvlərinin birgə iştirakı ilə hərbi təlim keçirilməsi planlaşdırılıb.



AFN xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkoya bağlı olduğu iddia edilən “QardServis” xüsusi mühafizə müəssisəsinin əməkdaşlarına Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin üzvləri mühəndis, atıcılıq üzrə təlim keçir. Onlara tank əleyhinə qumbaraatan, avtomatik qumbaraatan, "Kalaşnikov" pulemyotu paylanıb. Bildirilib ki, Belarusdan olan mühafizəçilərin Ukrayna ərazisinə təxribat məqsədilə atılması planlaşdırılır.

Məlumata görə, sentyabrın 15-dək Rusiya Ukraynanın Donetsk vilayətini bütövlükdə ələ keçirmək istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu