Daşkəsəndə dağ uçqunu olub, üç kəndə gedən yol bağlanıb


Daşkəsən rayonunda dağ uçqunu baş verib.

Hadisə rayonun Əhmədli, Mollahəsənli və Dəstəfur kəndinə gedən yolda qeydə alınıb.

Dağ uçqunu zamanı yol bağlanıb. Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Yolun açılması istiqamətində işlər gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu