Bakıda ata 13 yaşlı qızının sevgilisini öldürüb məzarlıqda basdırdı


Bakıda itkin düşdükdən bir müddət sonra meyiti tapılan 16 yaşlı oğlan qəsdən öldürülüb.


Bu barədə Sabunçu Rayon Prokurorluğunun məlumatında deyilir.

Qeyd olunur ki, sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri aparılıb və oğlanın qəsdən öldürüldüyü müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qonşusu, 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu