Daha bir qadın əri tərəfindən qətlə yetirildi

Noyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyiti Sabunçu rayonu, Pirşağı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilib.
Prokurorluqdan verilən məlumata görə, zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun: “Sığorta şirkəti Mərkəzi Bankın məcburi göstərişini icra etmir”
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.