Türkiyədə atışma zamanı bir neçə azərbaycanlı yaralandı - VİDEO


Türkiyədə baş verən atışma zamanı bir neçə azərbaycanlı yaralanıb.


Bu barədə Haber Global məlumat yayıb.

Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Belə ki, Sarıyer rayonunda kafedə iki qrup arasında mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu