Ərəb ölkələrinə səfərdən qayıdan Almaniya kansleri koronavirusa yoluxdu
Almaniya Kansleri Olaf Şolts koronavirusa yoluxub.
O, özünü təcrid edib, yüngül soyuqdəymə əlamətləri var.
Bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
Şolts cari həftə üçün bütün tədbirlərdə iştirakını ləğv edib. O, Berlindədir.
Bazar günü kansler Fars Körfəzi ölkələrinə səfərindən qayıdıb, o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Danışıqların əsas mövzusu Almaniyaya qaz tədarükünün təmin edilməsi olub.
Mənbə: TASS