“Çin əvvəlki kimi deyil, ona qarşı mövqeyimiz dəyişməlidir”- Almaniya kansleri


“Almaniya “vahid Çin” siyasətinə sadiqdir”.


Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Çinə səfərindən əvvəl “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunmuş məqaləsində bildirib.

“Bura status-kvonun dəyişməsinin yalnız sülh yolu ilə və qarşılıqlı razılıq əsasında baş verə biləcəyi faktı daxildir”, – kansler deyib.

Şoltsun sözlərinə görə, Çin Kommunist Partiyasının son qurultayının nəticələri göstərdi ki, Almaniya Çinə qarşı mövqeyini dəyişməlidir: “Çin on il əvvəl olduğu kimi deyil. Aydındır ki, əgər Çin dəyişirsə, bizim də Çinə münasibətimiz dəyişməlidir”.

Şolts qeyd edib ki, Çində aparılacaq danışıqlar zamanı gündəmdəki çətin məsələləri nəzərdən qaçırmaq fikrində deyil: “Məsələn, Sincan-Uyğur Muxtar Bölgəsində insanların mülki və siyasi hüquq və azadlıqlarına, etnik azlıqların hüquqlarına hörmətlə yanaşılması məsələsi gündəlikdə olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu