Şolts: “Ukraynadakı müharibə çoxdan planlaşdırılıb”


“Vladimir Putin üçün Kiyev və Brüssel arasında aparılan danışıqlar Rusiyanın ərazisini güc yolu ilə genişləndirmək planı üçün sadəcə bəhanə idi. Ukraynadakı müharibə çoxdan planlaşdırılıb”.


Bunu Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, Almaniya Rusiya ilə NATO arasında müharibəyə səbəb olacaq eskalasiyanın qarşısını almaq üçün hər cür səy göstərəcək.

“NATO ilə Rusiya arasında müharibə dəhşətli hadisə olardı. Biz belə bir eskalasiyanın baş verməməsini təmin etmək üçün məsuliyyət daşıyırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu