Qardaşı: "Səbuhi şəhid olanadək üç dəfə yaralanıb sağalmışdı"


"Səbuhi şəhid olanadək üç dəfə yaralanıb sağalmışdı".


"Report"un xəbərinə görə, bunu SOS Uşaq Kəndlərində böyüyən, Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi başlamazdan əvvəl qardaşı gizir rütbəsi almışdı, fərqlənmə nişanı verilmişdi: "Müharibə başlayanda qardaşım da ön cəbhədəydi. Suqovuşanda, Zəngilanda, keçmiş Ağdərədə, Füzulidə döyüşüb. Düşünürdüm ki, görən hardadır, necədir? Səbuhi Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Döyüş zamanı avtomobildə sıxışıb qalan silahdaşını xilas edərkən əlini yandırmışdı. Keçmiş Ağdərə istiqamətində də baş nayihəsindən qəlbə yarası almışdı. Ümumilikdə üç dəfə yaralanmışdı, 7 gün müalicə alıb sağaldı. Daha sonra "ürəyim partlayır, dayana bilmirəm" deyib yenidən cəbhəyə yollandı".

S.Əhmədov müharibə dövründə qardaşından günlərlə məlumat ala bilmədiyini bildirib: "Bir gün eşitdim ki, Səbuhinin tağımından şəhidlər var. Çox qorxurdum ki, qardaşıma da nəsə olar. Səhvən Səbuhi şəhid olduğunu xəbər vermişdilər, amma sağ idi. Mənimlə sonradan əlaqə saxlayıb yaxşı olduğunu dedi. Vətən müharibəsindən sağ-salamat və 4 medalla qayıtmışdı. Şəhid olacağına inanmırdım. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu